Hikmət Hacıyev: Fransa Ermənistanın silahlandırılmasının arxasında duran əsas qüvvələrdəndir

Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır.

Sherg.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir”, - o əlavə edib.