Macarıstan buna qadir deyil - Ukraynadan bəyanat

Macarıstan rəsmiləri yenidən iddia edirlər ki, guya müharibəni dayandırmağa qadirdirlər, lakin bu bəyanatlar həqiqətə uyğun deyil.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Reallıqda Macarıstanın Moskvaya “sülhməramlı” çağırışlarından sonra Ukraynanın şəhər və icmalarında ölümcül raketlər və pilotsuz təyyarələr uçur", - XİN qeyd edib.