Misir Prezidenti təyyarə qəzası ilə bağlı dərin kədərini ifadə edib

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.
APA xəbər verir ki, bu barədə məlumat Misirin dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Misir lideri baş vermiş hadisədən dərin kədər hissi keçirdiyini qeyd edib, həlak olanların ailələrinə başsağlığı verərək, onlara Allahdan rəhmət diləyib.

Prezident Əbdül Fəttah əs-Sisi xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.