Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.


Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Qəzanın səbəbləri araşdırılır.