Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç prezident seçkilərinin birinci turunda 51,5 faiz səs toplayıb.
Trend-in məlumatına görə, bu barədə Qərb mediası exit-poll nəticələrinə istinadən bildirib.
Bildirilib ki, beləliklə, o, prezident postunu qoruyub saxlamağa yaxındır.
Onun əsas rəqibi, hakim sağçı mühafizəkar Xorvatiya Demokratik Birlik partiyasının namizədi, keçmiş elm naziri Draqan Primorak 19,3 faiz səs toplayıb.
Prezident seçkilərində ümumilikdə 8 namizəd iştirak edib.