FTB: Avtomobilin insanların üzərinə sürülməsi terror aktı kimi təhqiq ediləcək

ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) ölkənin Luiziana ştatında bir sürücünün avtomobilini insanların üzərinə sürməsini terror aktı kimi təhqiq edəcək.

“Report” xəbər verir ki, bu barədə FTB məlumat yayıb.

“Bu səhər Nyu-Orleanda Burbon küçəsində bir şəxs avtomobili insanların üstünə sürərək bir neçə nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olub. Daha sonra sözügedən şəxs yerli hüquq-mühafizə orqanları ilə qarşıdurmaya girib və ölüb. FTB aparıcı istintaq qurumudur, biz tərəfdaşlarımızla birlikdə bunu terror aktı kimi təhqiq edirik”, – federal idarənin məlumatında qeyd olunub.

Xatırladaq ki, yanvarın 1-də Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində azı 10 nəfər ölmüş, daha 30 nəfər isə yaralanmışdı.