Analitik: Əsəd üçün həyatda qalmaq şans məsələsinə çevrilib

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Rusiyada zəhərləndiyi barədə məlumat yayıldı. Rus mediası Əsədin nəfəs almaqda çətinlik çəkdiyini və huşunu itirdiyini bildirib. Əsas sual onun kim tərəfindən zəhərləndiyidir. 

Siyasi şərhçi Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, Bəşər Əsədi öldürməyə çalışan xeyli sayda şəxs və qüvvələr var ki, bu elə əvvəldən onun həyatına böyük təhdid yaradırdı.

Ekspertə görə, ilk öncə Əsədə sui-qəsdlə bağla ağla gələnlər elə özünün rəhbərlik etdiyi hökumətin üzvləridir: 
"Onun Suriyanı anidən tərk etməsi və öz tərəfdarlarını aldatması, həmçinin tamamilə Rusiyanın nəzarətində olması keçmiş tərəfdarları üçün böyük risk yaradır. Əsəd onlar barəsində gizli məlumatları yeni hökumətə verə bilər və bu həmən şəxslər üçün böyük təhlükədir. Buna görə də onlar keçmiş liderlərini aradan götürmək üçün səy göstərə bilərlər. İkinci variant isə ailədaxili münaqişədir ki, burada 2 şəxs daha çox önə çıxır. Birincisi, keçmiş prezidentin kiçik qardaşı Mahir Əsədin onu zəhərlənməsidir. Bəşər Əsəd Suriyanı tərk edərkən ən böyük dəstəkçisi olan qardaşına belə xəbər vermədən getdiyi və Mahirin uzun müddət mühasirədə qaldığı barədə məlumatlar var idi. Mahir Əsəd qardaşından intiqamını almaq, eyni zamanda Əsəd ailəsinin Rusiyada mövcud olan çoxsaylı sərvətinin başına keçmək üçün bu cür addım ata bilər. Hələ Əsəd rejimi hakimiyyətdən devrilməmiş Mahirin siyasətdən daha çox biznes maraqlarının olduğu bilinirdi. Elə buna görə də o heç vaxt qardaşını devirməyə çalışmadı, siyasi fəallıq göstərmədi. Bu sui-qəsdin ailə daxilində əmlak savaşının bir hissəsi olduğu da istisna deyil .

Analitikin fikrincə, Bəşər Əsədi öz ailəsindən öldürmək istəyəcək daha bir şəxs isə həyat yoldaşı Əsma Əsəddir: 
"Əsmanın Moskvadan İngiltərənin paytaxtı Londona köçmək istədiyi barədə uzun müddətdir ki, məlumat paylaşılır. Onun hətta bunun üçün Bəşər Əsədlə boşanmaq istədiyi də  bildirilir. Ancaq keçmiş prezidentin  həyat yoldaşının ondan ayrılmasına və Londona köçməsinə qarşıdır. Əsas versiyalardan biri budur ki, Əsma ərini öldürərək Rusiyadan qaçmağa çalışa bilər. Bu həmdə ona Qərbdə daha isti münasibətin göstərilməsinə şərait yarada bilər. Bu kimi məsələlərə görə keçmiş birinci xanım bu işə qol qoya bilər. Eyni zamanda Bəşər Əsədə Suriyanın mövcud hakimiyyətindən bir qrupunda da sui - qəsd təşkil etməsi istisna deyil. Onun Rusiyada sığınacaq alması və hələ də həyatda olması Dəməşqə qarşı təzyiq vasitəsi kimi istifadə edilə bilər. Elə buna görə də ehtimal var ki, onun qatili Suriyadan da gələ bilər. Bu variantın digər tərəfi də budur ki, Rusiyadakı bəzi qruplarda onu Suriya ilə münasibətlərin normallaşmasında əsas təhdid hesab edərək aradan götürmək istəyə bilərlər".

Z.Əmralıyevə görə, ehtimal az olsa da Bəşər Əsədin öz xalqına etdiyi zülmün intiqamını almaq istəyən və heç bir xüsusi məqsədi olmayan sadə bir suriyalı tərəfindən zəhərlənməsi də mümkündür: 
"Deyilənlərin hər biri əlbətdə ki sadəcə bir versiyadır və onların müəyyən həqiqət payı var. İstənilən halda, yayılan xəbər onu göstərir ki, Rusiyaya sığınan keçmiş diktator hakimiyyəti təhvil versə belə həyatı ciddi təhlükə altındadır. Onu  öz ailə üzvləri də daxil olmaqla xeyli sayda dairədən onu öldürmək istəyənlər var. Bu dəfə onun həyatı xilas edildi, ancaq Əsəd üçün artıq həyatda qalmaq şans məsələsinə çevrilib".