İordan çayının qərb sahilində atışmada İsrail ordusunun 2 hərbçisi ölüb - YENİLƏNİB

Bu gün İordan çayının qərb sahilində hərbi yoxlanış məntəqəsinə silahlı hücum nəticəsində İsrail ordusunun 2 hərbçisi ölüb.

“The Times of Israel”in məlumatına görə, 3 nəfər isə yüngül yaralanıb.

İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən ərazinin yaxınlığında yerləşən və hücumu törədən şəxslərin gəldiyi bölgələrin təxliyə ediləcəyini, oradakı “terror infrastrukturu”nun məhv ediləcəyini bildirib.