Rusiya ilə Ukrayna arasında "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi aparılıb

Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskva və Kiyev "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi aparıblar.

Əsirlikdən qaytarılan rusiyalı hərbçilərin Belarus ərazisində olduğu qeyd olunub.