İstanbul boğazında itkin düşən bacı və qardaşın axtarışları ilə bağlı olaraq gəmilərin hərəkəti bir neçə saatlıq dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatında qeyd olunub.
Dayanmağa səbəb bir aydan çoxdur boğaz sularında itən bacı və qardaşın axtarışları olub.
“Dənizə düşən bacı və qardaşın axtarışları çərçivəsində gəmilərin Bosfor boğazından tranziti hər iki istiqamətdə dayandırılıb”, - deyə məlumatda bildirilir.
Noyabrın 23-də Sarıyer bölgəsində Ayşə Can dənizə yıxılıb, bacısını xilas etməyə çalışan qardaşı Velat onun arxasınca qaçaraq suya düşüb. 40 gündən artıq aparılan axtarışlara baxmayaraq, itkin düşənlər hələ də tapılmayıb.
Dekabrın sonunda Rusiyaya gedən tankerdə yaranan problemlərə görə, Bosfor boğazından gəmilərin tranziti hər iki istiqamətdə müvəqqəti bağlanıb . Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, Panama bayrağı altında üzən 274 metrlik Cordelia Moon tankerində texniki problemlər yaranıb . O, Türkiyənin Yalova limanından Novorossiysk istiqamətində hərəkət edirdi .
Bundan əvvəl konkisürənlər Baykal gölündə buzun arasından yıxılıblar.