AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin xilas edilməsində iştirakına görə bu ölkənin Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Manqistau Vilayəti Administrasiyasının rəhbəri Nurdaulet Kilıbay Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfərə orden və medalları təqdim edib. Daha 51 nəfər təşəkkürnamələr alıb.