Putin Ukraynadan yan keçmək və Şərqi Avropanı qaz tədarükünü kəsmək təhlükəsi ilə şantaj etmək üçün “Şimal-axını”nın tikintisinə milyardlar xərcləyib.
Axar.az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
"Bu gün Ukrayna onu AB-yə birbaşa qaz ixrac etmək imkanından məhrum edib. Finlandiya və İsveçin NATO-ya üzv olmasından sonra növbəti qələbə...",- o bildirib.
Qeyd edək ki, bu gündən rus qazının Ukrayna üzərindən Avropaya nəqli dayandırılıb.