Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər bələdiyyə seçkilərində iştirak edə biləcəklər

Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər də bələdiyyə seçkilərində iştirak edə biləcəklər”.
Bunu Mərkəzi Seçki Komissiyasında bu gün keçirilən mətbuat konfransda MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, digər seçkilərdə olan prinsiplər bu seçkidə də tətbiq olunacaq: “Vətəndaşlarımız narahat olmasın”.