Ermənilər nəinki Qarabağ, Azərbaycanın bir qarış torpağını belə ala bilməzlər - RƏY
Yusif Nəzərli
13:27 19.02.2025
Aktual
659
Geosiyasi müstəvidə ABŞ-Rusiya danışıqlarının əsas gündəm olduğu vaxt Ermənistanda revanşist qüvvələr yenidən ümidlənib. Daşnaklar ümid edirlər ki, Qarabağı yenidən işğal edə bilərlər. “Daşnaksütyun” partiyasının üzvü, “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçartyanın iddiaları bu kontekstdə xüsusilə diqqət çəkir. Xaçatryan bildirib ki, dünyada və regionda baş verənlər ya tamamilə məhvə, ya da ümid qapılarının açılmasına doğru gedir. O iddia edib ki, buna görə Qarabağ məsələsini qapalı hesab etməyə tələsməyin. Ermənistan hakimiyyəti çox yöndəmsiz vəziyyətdə qalır. Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin tələbini yerinə yetirərək, Minsk qrupunun buraxılmasına haqq qazandırmağa çalışır.
Halbuki, dünən Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasındakı danışıqlarda təkcə Ukrayna deyil, həm də Qafqaz və Mərkəzi Asiya da müzakirə edilib. Səudiyyədə keçirilən görüşdə belə bir müzakirə haqda nəinki informasiya, heç ehtimal belə yoxdur. Bu, daşnakların xəyallarından başqa bir şey deyil. Səudiyyədə keçirilən görüşdə belə bir müzakirə haqda nəinki informasiya, heç ehtimal belə yoxdur. Bu, daşnakların xəyallarından başqa bir şey deyil.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, erməni siyasi düşüncəsi ənənəvi olaraq həmişə xəyallar üzərində qurulub:
“Son proseslərə yanaşma tərzi də həmin ənənənin təkrarlanması deməkdir. Çünki ABŞ və Rusiya arasında aparılan danışıqlarda nə hər iki tərəfin maraqlarından kənar, nə də Cənubi Qafqaz məsələsi müzakirə olunmayıb. Bunu sadəcə olaraq erməni siyasi düşüncəsi özündən uydurub. Ukrayna savaşı ətrafında sülh müzakirələrində Cənubi Qafqaz məsələsinin müzakirə edilməsi absurd olardı. Digər tərəfdən isə ABŞ və Rusiyanın Cənubi Qafqazı müzakirə etməsi üçün müəyyən mövzu da yoxdur. Çünki Azərbaycan müstəqil bir dövlətdir və suveren hüquqlarını, ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa edib. Bundan sonra nəinki Minsk qrupunun, eyni zamanda Amerika və Rusiyanın Cənubi Qafqazla bağlı müzakirə edə biləcəyi problemi yoxdur. Amerika və Rusiya Cənubi Qafqaz dövlətləriylə ikitərəfli münasibətlərin inkişaf etdirilməsindən başqa hansısa regional problem yaratmaq şanslarına sahib deyillər. Ermənilərin xəyalları yenə boş istiqamətlərə yönəlib. Çünki Azərbaycan 1990-ci illərdə olduğu kimi deyil və olduqca güclü dövlətdir. Həmçinin Azərbaycanın xarici müttəfiqləri də çox güclü ölkələrdir. Xüsusilə də NATO üzvü olan Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqidir. Azərbaycanın iqtisadi və hərbi gücü Ermənistanla müqayisədə qat-qat üstündür. Belə bir situasiyada erməni siyasi düşüncəsinin Qarabağ mövzusunda hansısa ümidlərə qapılması onların sadəcə absurd və məntiqsiz düşüncə tərzinə malik olduqlarını göstərir. Ermənilər nəinki Qarabağ Azərbaycanın bir qarış torpağını belə ala bilməzlər”.
Ekspert qeyd edib ki, Cənubi Qafqazdakı proseslər qətiyyən Ermənistanın xeyrinə deyil:
“Çünki erməni faktoru beynəlxalq məkanda əhəmiyyətini itirib. Azərbaycan erməni faktorunu tamamilə sıradan çıxarıb. Cənubi Qafqazın əsas açar dövləti Azərbaycandır. Bundan sonra Cənubi Qafqazda maraqlı olan dövlətlər Azərbaycanla münasibətlərini daha da inkişaf etdirilməsi barədə düşünəcəklər. Ona görə də ermənilər boşuna sevinməsinlər. Daşnakların əsad ümidləri Ukrayna savaşında bataqlığa düşən Rusiyanın yenidən dirçəlmək şansı qazanmasıdır. Qərbə inteqrasiya siyasəti yürüdən Nikol Paşinyan hakimiyyətinin ABŞ və Qərbdən dəstəyi nisbətən zəifləyib. Ona görə də daşnaklar düşünürlər ki, Rusiyaya sığınaraq Ermənistanda dövlət çevrilişi edərək hakimiyyəti yenidən revanşist qüvvələrin ələ keçirməsinə cəhd göstərə bilərlər. Bəzi məlumatlara görə Ermənistanın radikal müxalifət düşərgəsi tam hazırlıq vəziyyətindədir və hakimiyyətin ələ keçirilməsi istiqamətində fəaliyyəti intensivləşdiriblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya