
Ermənistan Azərbaycanla sülh istəyirsə konstitusiyasına düzəliş etməlidir -Politoloq
10:49 20.02.2025
Aktual
642
Konstitusiyanın dəyişikliyinin vacibliyini vurğulayan Paşinyan əslində, ictimai rəyi öyrənməyə çalışır
Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin vacibliyini bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan öz ideoloji canlı yayımında yeni Konstitusiyanın referendum yolu ilə qəbul edilməsinin "real Ermənistan" ideologiyası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Real Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən tanınan, 29,743 kvadrat kilometr ərazini əhatə edən Ermənistandır. Bu sistem üçün yeni Konstitusiyanın ümumxalq referendumu ilə qəbul edilməsi vacibdir, çünki bundan əvvəl keçirilmiş bütün konstitusiya referendumları ciddi legitimlik çatışmazlığına malik olub.
Paşinyan vurğulayıb ki, yeni Konstitusiyanın qəbulunun strateji məqsədi dövlətçiliyi olmayan bir millətin qalıq fəaliyyət modelindən dövlət qurucu xalqın fəaliyyət modelinə keçidini təmin etməkdir.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a deyib ki, Nikol Paşinyan bu gün Ermənistanda çox müzakirə edilən məsələləri səsləndirir:

“Sadəcə olaraq Paşinyan tarixi şansı itirib. Paşinyan küçələrdən meydana gələrkən və Serj Sarkisyan hakimiyyəti qoyub gedəndən sonra konstitusiyanı dəyişsə və erməni gəncliyinin beynini pozan radikal ideoloji fikirləri Ermənistan cəmiyyətindən təmizləsəydi hazırda vəziyyət tamamilə fərqli olardı. Lakin təəssüflər olsun ki, Paşinyan hakimiyyətə gəldiyi dövrdə əlinə düşən tarixi şansdan istifadə edə bilmədi. Nikol Paşinyan Ermənistanı tarixdə ilk dəfə müstəqil, ləyaqətli, etik normalara malik olan ölkə edə bilərdi. Eyni zamanda sonrakı dövrlərdə Ermənistan Azərbaycanla sülhdən danışsa da, öz konstitusiyasında ərazilərimizə qarşı olan iddialardan əl çəkmədi. Bu isə nəticə etibarilə vəziyyətin daha da dalana dirənməsinə səbəb oldu. Bu gün yeni konstitusiyanın dəyişikliyinin vacibliyini vurğulayan Nikol Paşinyan əslində, ermənistan cəmiyyətindəki ictimai rəyi öyrənməyə çalışır. Faktiki olaraq həqiqətən də Ermənistan Azərbaycanla sülh imzalamaq və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, konstitusiyasına düzəliş etməli və dövlət sənədlərini dəyişməlidir. Əks halda Ermənistanın siyasi qərarlarında qeyri-səmimiliyi bir daha aydın olacaq və regionda dalan dövlət olaraq qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət