
Avtobus terroru İsrail və HƏMAS araında əldə edilən razılığı pozmaq qütrətinə malik deyil -ŞƏRH
Yusif Nəzərli
10:37 21.02.2025
Dünya
392
Bu İsraili hökümətinin ölkə ərazisində, eləcə də Qəzza zolağında və Fələstində genişmiqyaslı antiterror əməliyyatları keçirməsinə əsas verir
İsrail Baş naziri Benyamin Netanyahu Təl-Əviv ətrafında avtobuslarda baş verən partlayışlarla əlaqədar təcili iclas keçirib. Bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb. Baş nazir orduya İudeya və Samariyada terror ocaqlarına qarşı genişmiqyaslı əməliyyat keçirməyi, həmçinin İsrail polisi və Şin Betə gələcək hücumların qarşısını almaq üçün İsrail şəhərlərində qabaqlayıcı tədbirləri gücləndirməyi tapşırıb.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, sözügedən hadisə avtobus terrorudur:

“Bu isə son dövrlər geniş yayılmış terror hadisəsidir. Avropada da belə hadisələr baş verir. Amma sözügedən avtobus terroru əldə edilən razılığı pozmaq qütrətinə malik deyil. Sadəcə olaraq terroru törədənlər və onun arxasında dayanan dövlətlər qisas almaq və İsraildə xaos yaratmaq məqsədiylə belə addımlar atırlar. Bu isə İsraili hökümətinin ölkə ərazisində, eləcə də Qəzza zolağında və Fələstində genişmiqyaslı antiterror əməliyyatları keçirməsinə əsas verir. Belə olan halda fələstinlilər üçün daha ciddi problemlər yarana bilər. Ona görə də fevralın 20-də baş tutan terror hadisəsi İsrail vətəndaşları üçün problem yaradır, onların xəsarət alması və ölməsi ilə nəticələnir. Bununla belə Fələstin Administrasiyası və bütövlükdə ölkədə qanunsuz silahların yığışdırılması üçün zəmin yaradır. Terrorun arxasında dayanan qruplaşmalar tərəfindən İsrail hökümətinin qəbul edəcəyi qərara uyğun addımların atılacağı istisna edilmir. Hökümətin keçirdiyi toplantı da buna hesablanıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi