
Ekoloq: Xəzərin səviyyəsi özünün tarixi minimumuna çox yaxınlaşıb
13:00 04.03.2025
Ekologiya
639
Son illərdə Xəzər dənizində limanlarda və kanallarda suyun dərinliyi azalıb, bu da bərələrin tam gücü ilə işləməsinə imkan vermir.
Bunu Bakıda keçirilən "Xəzər dənizi vasitəsilə Orta Dəhliz" adlı ("Middle Corridor via the Caspian Sea”) forum zamanı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavini Tariyel Mirzəyev bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın Kurık limanında suyun dərinliyinin azalması nəticəsində Bakı Limanı (Ələt) ilə qeyd olunan liman arasında "Ro-Pax" tipli bərələr üzrə daşıma qabiliyyəti azalıb. Belə ki, dəmir yolu çənlərinin daşınması üzrə azalma 22%, vaqon daşımaları üzrə isə 10% təşkil edib.
Tariyel Mirzəyev qeyd edib ki, Türkmənbaşı limanında suyun dərinliyinin azalması nəticəsində Bakı Limanı ilə bu liman arasında da "Ro-Pax" tipli bərələr üzrə daşıma qabiliyyəti azalıb (dəmir çənlerinin daşınması üzrə 37% azalma, vaqon daşımaları üzrə 19% azalma).
Tariyel Mirzəyev onu da vurğulayıb ki, 2014-cü ildən indiyədək ASCO üzrə 32 gəmi istismara verilib, hazırda isə 11 gəminin istifadə verilməsi nəzərdə tutulub.
Məsələ ilə bağlı danışan ekoloq Rövşən Abbasov "Sherg.az"a bildirib ki, Xəzər limanlarında suyun dərinliyinin azalmasının əsas səbəbi Xəzər səviyyəsində baş verən kəskin azalmalardır:

“Xəzərin səviyyəsi özünün tarixi minimumuna çox yaxınlaşıb və mənfi 29 metrə yaxın dərinlik səviyyəsindədir. Əlbəttə ki, bu fonda Xəzərdə gəmiçilik fəaliyyətlərində müəyyən problemlər əmələ gəlib. Məhz buna görə də Azərbaycan Xəzərin səviyyə tərəddütlərini özünün, milli adaptasiya fonunda əsas prioritetlərdən biri kimi görür. Xəzərin Azərbaycan hissəsində olan limanların dərinləşdirilməsi üçün çox müvafiq işlər görülür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət