
İsmail Cingöz: İmamoğlunun Ərdoğandan daha çox səs almasına məna yükləmək tezdir
11:15 19.05.2025
Siyasət
697
Türkiyədə siyasi mühitdə baş verən dəyişikliklər diqqət çəkir. Seçicilərin davranışları və siyasi meylləri, ölkənin gələcək taleyini müəyyən edəcək mühüm amillərdən biridir. Bu dövr, həm də müxtəlif sorğuların nəticələri və cəmiyyətin siyasi yönəldiyi istiqamətə dair proseslərlə müşahidə olunur.
"ALF" Araşdırma Mərkəzi Türkiyədə apardığı sorğunun nəticələrini görə İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, hazırda həbsdə olan Əkrəm İmamoğlu Prezident Rəcəb Tayyib Ərdoğanı qabaqlayıb.
Mövzu ilə bağlı Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a açıqlama verib:

"10 may 2025-ci ildə keçirilən sorğuya görə, prezident Ərdoğanın səs faizi əvvəlki səs faizinə görə 10,7 bal azalarkən, həbsdə olan keçmiş İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu daha çox səs toplayıb. Ancaq bu cür sorğulara ehtiyatla yanaşmaq lazımdır.
Çünki sorğunun harada və hansı bölgədə aparılması son dərəcə vacibdir. Ümumiyyətlə, bir şəhərin və ya məhəllənin siyasi meylləri az-çox məlumdur. Əgər sorğu keçirən tərəf müəyyən nəticə əldə etmək istəyirsə, həmin istiqamətə meylli sahələrdə sorğu keçirib, istədiyi nəticəni ala bilər. Odur ki, sorğular seçki öncəsi bir məlumat versə də, yanlış istiqamətləndirməsi kifayət qədər yüksəkdir.
Hətta eyni şəhər daxilində nəticələr şərq və qərb bölgələrində və ya müxtəlif məhəllələrdə fərqli nəticələr verə bilər. Bundan əlavə, seçicilər namizədlərin son bəyanatlarına və ya mövqelərinə əsaslanaraq öz fikirlərini dəyişə bilərlər. Ona görə də İmamoğlunun Ərdoğandan daha çox səs alması, şübhəsiz ki, mühüm məlumat ola bilər, lakin indiki mərhələdə ona çox məna yükləmək tezdir".
Ekspert İmamoğlunun hazırda həbsdə olmasının ictimai rəydə ona qarşı "haqsızlığa məruz qalma" təsəvvürü yarada və bu səbəbdən ona fərqli rəğbətlə yanaşıla biləcəyini söyləyib:
"Bu, sorğunun nəticələrinə də təsir edə bilər. Nəticədə, bu cür sorğu məlumatlarına həmişə ehtiyatla yanaşmaq lazımdır.
Prezident Ərdoğanın özünəməxsus güclü seçici potensialı var. Eynilə, Əkrəm İmamoğlu və onun təmsil etdiyi siyasi partiyanın da öz bazası var. Bu ölkədə, xüsusən də bu bölgədə seçicilərin uşaqlıqdan ailələrinə miras qoyduğu siyasi baxışlardan yayınma nisbəti çox aşağıdır. Bu, diqqətdən kənarda qalmamalı olan mühüm məsələdir. Ümumiyyətlə, xalqımızın böyük bir hissəsi öz siyasi baxışlarını təhsil və ya fərdi araşdırmadan daha çox ailə quruluşu və adət-ənənələri əsasında formalaşdırır. Buna insanın mənsub olduğu dini inanc sistemi, məzhəb quruluşu, sosial və mədəni mühiti çox təsir edir".
Müsahibimiz sonda bu kontekstdə siyasi meyllərin nəsillər boyu davam etdiyini və asanlıqla dəyişmədiyini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi