İspaniyanın Kralı Azərbaycan liderini təbrik edib

İspaniyanın Kralı VI Felipe Prezident İlham Əliyevə təbrik mətkubu ünvanlayıb.

Sherg.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm".