İt tüklərindən daha çirklidir: Kişi saqqalında rekord miqdarda mikrob tapıldı
01:05 19.06.2025
Sağlamlıq
327
Saqqalın dəbi keçdi, təhlükəsi başladı, tükün altında mikrob yuvası yaşayır
Avropalı alimlərin apardığı araşdırmada kişilərin saqqalında itlərin tükündən daha çox insan sağlamlığına zərərli bakteriya olduğu sübut edilib. “European Radiology” jurnalında dərc olunan tədqiqatda 18 saqqallı kişinin dəri, tüpürcək və 30 fərqli cins itdən tük və selik nümunələri analiz edilib. Tədqiqatçılar həm insanlarda, həm də itlərdə insanlar üçün zərərli olan bakteriya koloniyalarını axtarıb. Tədqiqatlar göstərib ki, 18 kişinin hamısında, 30 itdən isə yalnız 23-də çox sayda zərərli mikrob var. Həkimlər saqqal saxlayan kişilər üçün müntəzəm gigiyenanın vacibliyini vurğulayırlar. Saqqal gündə ən az iki dəfə yuyulmalı, daranmalı, altındakı dəriyə qulluq edilməlidir, deyə mütəxəssislər xəbərdarlıq edir.
Saqqal məsələsi, Məşədi İbadı da yada saldı. Klassik filmimiz “O olmasın, bu olsun”da saqqalında bir dənə ağ tük görən Məşədi İbad dəlləyin qarasınca deyinir: “zalım oğlu dəllək, görünür hənanı pis yaxıb. Yoox, gərək bunu çıxarım!..” Saqqal əsrlər boyu Azərbaycan kişilərinin atributu sayılıb. Ötən əsrlərə baxsaq, bir çox görkəmli şəxsiyyətləri saqqallı görərik. Fotolarda, əlbəttə ki. Amma ümumən dünya tarixinə nəzər salsaq, təkcə Şərqdə, müsəlman ölkələrində deyil, ən qabaqcıl Avropa ölkələrində də insanların saqqala meyilli olduğu görünəcək. Rusiya çarı I Pyotrun saqqalını qırxmaq istəməyən rus muşiklərinə əlavə “saqqal vergisi” təyin etdiyi də tarixdən məlumdur. Tarixin bəzi dönəmlərində saqqal saxlamaq adi, hətta vacib qarşılandığı kimi, qadağan edildiyi vaxtları da olub. Kişilər niyə saqqal saxlayır, sualına birmənalı cavab vermək mümkün deyil. Bəlkə də çoxu dəb xatirinə, zəmanənin axarına düşərək saqqal saxlayır. Bəzənsə, dərini qorumaq üçün saqqal saxlayırlar. Dermatoloqlar bildirir ki, həssas dəri quruluşuna malik şəxslər var ki, ən kiçik toz hissəcikləri də allergik reaksiyalara səbəb olur. Bu zaman dermatoloqlar saqqal saxlamağı, dərini bir növ tüklərin altında gizlətməyi məsləhət görürlər. Amma bütün hallarda saqqala qulluq edilməlidir ki, qoruyucu olmaq yerinə xəstəlik, bakteriya və mikrob yuvasına çevrilməsin.
Dermatoloqlar tövsiyə edir ki, saqqalın sağlam və baxımlı görünməsi üçün müntəzəm olaraq kəsilməsi və şəkilləndirilməsi, forma verilməsi vacibdir. Saqqalı yumşaltmaq və qidalandırmaq üçün xüsusi yağlar və balzamlar istifadə edilə bilər. Bundan əlavə, saqqalın altındakı dəriyə qulluq etmək də vacibdir, çünki bu, qaşınma və qıcıqlanmanın qarşısını alır. Xüsusi saqqal yağları var ki, saqqalı yumşaldır, nəmləndirir və parlaqlıq verir. Dermatoloqların fikrinə görə, saqqal üz dərisi üçün o zaman xeyirlidir ki, üzün mütəmadi təraş edilməsi məsamələri açır və dərini bakteriyalarla üz-üzə qoyur. Bəzən dəri təraş edildikdə qırmızı səpkilər əmələ gəlir, iltihablı sızanaqlar peyda olur. Əslində, bu da müalicə tələb edən problemdir. Bu, dərinin həssaslığını göstərir, səbəblər müəyyənləşib aradan qaldırılmalıdır. Həssas dərisi olanlara bir müddət saqqal saxlamaq tövsiyə edilir. Saqqal havada gəzişən toz hissəciklərini dəridən uzaqlaşdıraraq, bir növ dəri ilə ətraf mühit arasında qalxan rolu oynayır. Bununla alllergik reaksiyaların, sızanaqların qarşısı alınmalıdır. Amma problem həll edilməlidir ki, dəri uzun müddət saqqalın altında qalmasın, nəfəs ala bilsin. Saqqal saxlanılan zamansa təmizlik və gigiyenaya riayət etmək vacibdir. Təmizlik olmadığı təqdirdə tüklərin dibi göbələk və bakteriya yuvasına çevrilir. Allergiyadan əziyyət çəkənlər üzlərini sevsə də, sevməsə də mütəmadi təraş etməlidirlər. Ən yaxşı gigiyenik, antiallergik vasitə isə təbii xına sayılır. Əgər təbii xına tapılarsa, saqqala (saça, dırnaqlara, ayaq ağrılarına, dırnaqda göbələyə qarşı) ən yaxşı, faydalı qulluq vasitəsidir. Çünki müxtəlif balzam, yağlar, boyaların tərkibindəki kimyəvi qatqılar dərini daha da zədələyə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat