Putin şəxsi vərdişlərindən danışdı: Yatmağa gedəndə hər yerdə işığı söndürürəm
Yusif Nəzərli
12:43 13.07.2025
Dünya
345
Rusiya Prezidenti Vladimir Putin yatmazdan əvvəl işığı söndürmək vərdişindən əl çəkmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, VGTRK-nin jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.
“Yatmağa gedəndə hər yerdə işığı söndürürəm. Bu, uşaqlıqdan, valideynlərimdən qalan bir vərdişdir. Uşaqlıqdan gələn və daim mənimlə qalacaq bir şeydir”, – Putin vurğulayıb.
Prezident qeyd edib ki, valideynləri də hər gecə yatmazdan əvvəl evdəki bütün işıqları söndürürdülər.
Putin həmçinin 25 il əvvəl Rusiya prezidenti Boris Yeltsinlə söhbəti zamanı niyə rəhbər vəzifəni qəbul etməyə hazır olmadığını dediyini də izah edib. Onun sözlərinə görə, o zaman prezidentliyin onun üçün nə demək olduğunu düşünürmüş, lakin ilk növbədə ölkə qarşısında duran məsələlərin necə həll ediləcəyini götür-qoy edirmiş. Putin etiraf edib ki, prezidentlik vəzifəsinin öhdəsindən gələ bilib-gəlməyəcəyinə dair şübhələri olub.
Qeyd edək ki, Vladimir Putin 2000-ci il martın 26-da ilk dəfə Rusiya Federasiyasının prezidenti seçilib. 1999-cu il dekabrın 31-dən etibarən Boris Yeltsinin istefasından sonra dövlət başçısının səlahiyyətlərini icra edib. Hazırda Putin beşinci dəfədir ki, dövlət başçısı postunu tutur. 2008–2012-ci illərdə isə Rusiya hökumətinə rəhbərlik edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual