Əllərin əsməsi - Səbəblər
Yusif Nəzərli
00:11 17.07.2025
Sağlamlıq
411
Əllərin əsməsi (tremor) fizioloji və patoloji ola bilər. Fizioloji tremor sağlam insanlarda fiziki gərginlik (ağır əşyaların qaldırılması və daşınması, idman və s.) və stress, depressiya, qorxu zamanı mümkündür.
Lakin sakit vəziyyətdə tremor özünü büruzə vermir. Fizioloji tremor normal haldır və heç bir xəstəliyin əlaməti deyil.
Qəhvə və tərkibində kofein olan digər içkilərin həddən artıq miqdarda qəbulu bütün bədəndə və, o cümlədən, əllərdə tremorun səbəbi ola bilər.
Patoloji tremor heç bir görünən səbəb olmadan, sakit vəziyyətdə baş verir. Patoloji tremor ciddi xəstəliklərin və pozulmaların əlaməti kimi meydana çıxır.
- Qalxanvari vəzinin fəaliyyətinin güclənməsi (hipertireoz) əllərdə tremorun səbəbi ola bilər. Tremordan əlavə belə xəstələrdə əsəbilik, həyacan, kəskin arıqlama, saçların tökülməsi, ürək döyünməsi, artmış tərləmə kimi simptomlar müşahidə olunur.
- Şəkərli diabet zamanı qanda şəkərin kəskin düşməsi əllərin əsməsinə səbəb ola bilər. Şəkərin düşməsi zamanı belə xəstələr halsızlıq hiss edir, tərləyir. Şirin çay, konfet, şəkərin qəbulundan sonra xəstənin vəziyyəti düzəlir. Belə xəstəyə vaxtında kömək edilməzsə, çox ağır hal - diabetik koma - inkişaf edə bilər.
- Bir çox halda əllərin əsməsinin səbəbi baş beyinin patologiyaları və xəstəlikləri olur. Bu xəstəliklər arasında: Parkinson xəstəliyi, dağınıq skleroz, Vilson xəstəliyi və s.
- Müxtəlif kəllə-beyin travmaları əllərin əsməsinə səbəb ola bilər.
- Alkoqolizm, narkomaniyadan əziyyət çəkən insanlarda əllərin əsməsi xarakterli simptomdur. Bunun səbəbi beyinin xroniki intoksikasiyasıdır (zəhərlənmə).
- Ziyanlı istehsalatda işləyən insanlarda da xroniki intoksikasiya inkiaşaf edir ki, bunun nəticəsində insanda əllərin əsməsi kimi simptom meydana çıxa bilər.
- Bəzən tremorun səbəbi bəzi dərman preparatlarının (xüsusilə sakitləşdirici preparatların) qəbulu ola bilər. Bu halda dərmanın qəbulu ləğv edildikdən sonra tremor adətən müəyyən müddətdən sonra özü özündən keçir.
Saglamolun.Az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə