İspaniya XİN: Bakı və İrəvan arasında normallaşma Cənubi Qafqazda sülhü gücləndirəcək

İspaniya Cənubi Qafqazın inkişafı üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.
“Report” xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışıqlarının nəticələrinə dair öz səhifəsində yazıb.