Komitə sədri: İki milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub
12:21 10.09.2025
Sosial
519
İki milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri qeyd edib ki, 2025-ci ilin 1-ci yarısı üçün sosial-iqtisadi göstəricilərinə görə, ölkəmizdə orta aylıq əməkhaqqında 9,4% artım olub, yəni 1097,3 manat təşkil edib. Eyni zamanda orta aylıq pensiya 9,5% artıb, yəni, 538 manat (əvəzetmə əmsalı 49%), yaşa görə 574 manat olub.
Minimum əmək haqqı 400 manat, minimum pensiya isə 320 manat təşkil edib. Həmçinin 01.01.2021-ci illə müqayisədə 01.07.2025 illərdə pensiyanın minimum məbləği 200 manatdan 120 manat, yaxud 62.5% artaraq 320 manata, orta aylıq məbləği isə 302 manatdan 236 manata, yaxud 56% artaraq 538 manata yüksəlib.
Hazırda minimum pensiyanın orta aylıq pensiyaya nisbəti 60% təşkil edir”.
Komitə sədri bildirib ki, pensiyaçıların sayı 1.103.300 nəfər (əhalinin 10,8%-ni təşkil edir). Hazırda ölkəmizdə yaşa görə 64,6%, əlilliyə görə 23%, ailə başçısını itirməyə görə isə 12,4% təşkil edir. Ölkədə hazırda aylıq sosial müavinət və kompensasiya alanlar 462419 nəfərdir. Birdəfəlik sosial müavinət və kompensasiya alanlar isə 28455 nəfər təşkil edir.
Prezident təqaüdü alanların sayı 403298 nəfərdir. Ünvanlı sosial yardım alanların sayı 80,3 min ailə, yəni 353300 nəfərdir. Burada hər nəfərə düşən məbləğ 100.37 manatdır. Cəmi dövlət təminatında olanlar isə 929474 nəfərdir. Başqa sözlə, iki milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub. Hər 5 nəfərdən biri dövlətdən pensiya, müavinət, təqaüd, yaxud başqa yardım alır”.
Musa Quliyev vurğulayıb ki, hazırda ölkəmizdə iqtisadi fəal əhali 5355400 nəfər, məşğul əhalinin sayı 5074200 nəfər, muzdlu işçılərin sayı 1770000 (35%), işsiz kimi qeydiyyatda olanlar 231300 nəfərdir.
İşsizliyə görə sığorta ödənişinin orta aylıq məbbləğ 437,1 mantadır. Yeni açılan iş yerlərinin sayı 48,9 mindir. Bu, qeyri-dövlət sektori 92.1% təşkil edir ki, onun 74,7%-i Bakı şəhərindədir. Bağlanan iş yerlərinin sayı 4,3 mindir ki, bu da 54,3%-dir və qeyri-dövlət sektorunu əhatə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” son 10 ilin ən yaxşı göstəricisinə imza atıb
18:50 10.11.2026
Futbol
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region