İstanbulda daha bir bələdiyyə sədri saxlanılıb

Türkiyədə korrupsiya istintaqı çərçivəsində İstanbulun Bayrampaşa bələdiyyəsinin sədri Həsən Mutlu saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qeyd edilib ki,  bələdiyyə sədri də daxil olmaqla, əməliyyat çərçivəsində daha 47 nəfər saxlanılıb.