8 ali təhsil müəssisəsinin tələbələrinə Prezident seçkiləri ilə bağlı maarifləndirici seminarlar keçirilib
8 ali təhsil müəssisəsinin tələbələrinə Prezident seçkiləri ilə bağlı maarifləndirici seminarlar keçirilib
11:15 15.01.2024
Siyasət
420
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar silsilə şəkildə davam edir.
Sherg.az xəbər verir ki, tədbirdə əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirmə, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Mütəmadi təşkil olunan sessiyalara 27 dekabr tarixindən etibarən başlanılıb. Seminarlar 8-11 yanvar tarixləri aralığında Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Univesiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı, Mingəçevir Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universitetindən olan 4500 dən çox tələbləni əhatə etmişdir. Sessiyalar müddətində səsvermə hüququna malik yüzlərlə tələbə iştirak edib. Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, seçki sistemi, seçkilər zamanı önəmli olan zəruri hüquqi məsələlər barədə məlumatlar çatdırılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Həyata keçirilən maarifləndirici seminarlar davamlı xarakter daşıyır və ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya