AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova
AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova
11:05 18.04.2024
Siyasət
451
Avropa Birliyinin (AB) Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindəki səyləri səmərəsizdir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.
“Biz hər gün daha çox əmin oluruq ki, AB-nin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına heç bir töhfəsi yoxdur. Əksinə, AB nümayəndələri müxtəlif təxribatlarla, kəşfiyyat fəaliyyəti, təbliğat işləri ilə məşğuldurlar”, - o vurğulayıb.
M.Zaxarova bildirib ki, AB və NATO-nun məqsədi Azərbaycan-Ermənistan nizamlanmasına real yardım deyil:
“Qərb Cənubi Qafqazı daha bir geosiyasi rəqabət meydanına çevirərək, yerli sakinlərin maraqlarına məhəl qoymadan bu regionun hərbiləşdirilməsini davam etdirir və faktiki olaraq yaxın gələcəkdə regionun sülh yolu ilə inkişafı vəzifələrinin həyata keçirilməsinə son qoyur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur