ABŞ rəsmisi: ABŞ iqlimlə bağlı fəaliyyətlərdə iştiraka davam edəcək
15:55 11.10.2024
Siyasət
329
ABŞ administrasiyası, əlbəttə ki, iqlim fəaliyyətlərində iştirak etməyə davam edir və bunu bu və ya digər dərəcədə davam etdirəcək.
Bunu “Report”un sualını cavablandırarkən ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Bildiyiniz kimi, əvvəlki administrasiya Paris Sazişindən çıxmışdı. Hazırkı prezidentin ilk addımlarından biri sazişə yenidən qoşulmaq və bunun üçün xüsusi struktur yaratmaq oldu. O, yaxın dostum, keçmiş dövlət katibi Con Kerrini bu vəzifəyə təyin etdi. Bu, tərəflərin bir neçə uğurlu konfrans keçirməsinə səbəb oldu. ABŞ-nin bu sahədə lider olması vacibdir”, - o bildirib.
Podestanın sözlərinə görə, ABŞ-nin Paris Sazişindən kənarda olduğu dövrdə də Birləşmiş Ştatlar, o cümlədən submilli səviyyədə, qeyri-hökumət təşkilatları, vətəndaşlar səviyyəsində prosesin bir hissəsi olmağa davam edib: “Biz işin içindəyik. Prezident Obamanın Parisdə əsasını qoyduğu yola davam edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə