Ağ Evin sözçüsü Azərbaycanın ABŞ-dəkı səfirinin müsahibəsini paylaşıb
14:30 19.08.2025
Siyasət
335
Ağ Evin sözçüsü Karolin Leavit özünün “X” hesabında Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin “Washington Examiner”-ə verdiyi müsahibəni paylaşıb.
APA xəbər verir ki, Xəzər İbrahim “Azərbaycan səfiri Azərbaycan-Ermənistan arasında tarixi razılaşmadan sonra Trampı “əsl sülhməramlı” kimi qiymətləndirib” başlığı ilə yayımlanan müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanmasında Tramp Administrasiyasının rolunun vacibliyini vurğulayıb.
Diplomatın sözlərinə görə, Trampın prezidentliyinin ikinci dövrünün başladığı gündən bəri Bakı arxayın idi ki, ABŞ lideri Qafqazda müsbət irəliləyişlər əldə edəcək.
Qeyd edək ki, Vaşinqtonda avqustun 8-də Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə iki ölkə arasında sülh razılaşmasını paraflayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial