"Aİ-nin Ermənistana birtərəfli yardımı ədalətsizdir”
Fidan Həmişəyeva
12:06 23.07.2021
Siyasət
451
“Bu qurum Ermənistanın sülhə nail olmağına cəhd edirsə, nəqliyyat və kommunikasiya, həmçinin Zəngəzur dəhlizinin işə salınmasını da tələb etsin”
“Bu, həm regionun, həm də Ermənistanın inkişafı üçün vacib məqamdır”
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının (Aİ) Ermənistana 2,6 milyard avro, Azərbaycana isə heç bir vəsait ayrılmamasına münasibət bildirib.
Dövlət başçısı bu mövqeyi ədalətsiz adlandıraraq deyib:
“Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.
Aİ-nın qərəzli mövqeyini “Sherg.az”a şərh edən beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidov bildirib ki, bunun arxasında bir sıra faktor var:
“Aydın məsələdir ki, Aİ İkinci Qarabağ müharibəsi və ondan sonrakı proseslərdən kənarda qalmışdı. Rusiyanın proseslərdə daha dominant rol alması isə bu qurumun həzm edə bilmədiyi faktorlar sırasındadır. Ona görə də sözügedən vəsaiti ayrılmasında məqsəd özünü regiona daxil etmək, həmçinin Ermənistan üzərindən regiona təsir mexanizmlərini işə salmaqdır. Yəni Ermənistanın tamamilə Rusiyanın ixtiyarında olmasının qarşısını almaqdır. Eyni zamanda regionda təsir dairəsini genişlətməkdən ibarətdir. Çünki Aİ daim can atıb ki, geostrateji əhəmiyyətli Cənubi Qafqaz regionunda müəyyən rola sahib olsun. Məlumdur ki, regionda mühüm enerji layihələri həyata keçirilir və sözügedən qurum bundan maksimum faydalanmaq niyyətindədir”.
Rusiya-Aİ rəqabətinə diqqət çəkən ekspert qeyd edib ki, bu münaqişə hər zaman olub, indi də var:
“Sözsüz ki, adıçəkilən qurum İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın xüsusilə Ermənistan üzərində təsir imkanlarının artmasının qarşısını almaq üçün mexanizmləri işə salmağa cəhd edir. Həmin mexanizmlərdən biri də məhz maddi yardımdan ibarətdir. Burada erməni diasporunun da müəyyən rolu var. Çünki xüsusilə Fransa və Belçika kimi ölkələrdə erməni diasporu olduqca təsir dairəsinə malikdir. Lakin əsas faktor odur ki, Aİ regionda özünü iştirakçı kimi görmək və təsir dairəsini genişləndirmək üçün belə addım atır. Sözsüz ki, Ermənistana birtərəfli şəkildə yardım ayrılması ədalətsizdir. Bu qurum Ermənistanın sülhə nail olmağına cəhd edirsə, nəqliyyat və kommunikasiya, həmçinin Zəngəzur dəhlizinin işə salınmasını da tələb etsin. Bu, həm regionun, həm də Ermənistanın inkişafı üçün vacib məqamdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm