Aksiyalar səngiməsin ! - “Fransa xalqı Makronun əleyhinə səs verənədək davam etsin!”
Banuçiçək Kalbalıyeva
10:31 30.10.2020
Siyasət
792
“Fransa prezident səhvini başa düşməli, üzr istəməlidir”
“Və dini mövqeyinə görə kimisə tənqid etməyin, ona təzyiq göstərməyin yanlış olduğunu anlamalıdır”
Bir qrup müsəlman Rusiyanın Moskva şəhərində, Fransa səfirliyinin qarşısında “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturasının nəşrinə görə mitinq keçirib. “İnterfaks”ın müxbirinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanı dayandırıblar. Etirazçıların əksəriyyəti tez birzamanda uzaqlaşdırılıb. Qalanlar növbə ilə peyğəmbərin xatirəsinin qorunmasını ifadə edən pankart ilə səfirliyin önündə etirazlarına davam ediblər.
Politoloq, ADP sədrinin müavini Həsrət Rüstəmov aksiyalarla bağlı “Sherg.az”a fikirlərini bildirib:
“Dini cameəni qıcıqlandıra biləcək bəyanatlara yol vermək olmaz. Xüsusilə də dövlət başçıları səviyyəsində. Bilirsiniz ki, Makron özünü qeyri-ciddi aparır. O, müsəlmanlara qarşı qərəzli olduğunu dəfələrlə sübut edib.
Hazırkı fikirləri də açıq-aydın tənqiddir. Odur ki, belə aksiyaları obyektiv qarşılayıram. Mitinqlər davam etməlidir. Və bu, bütün ictima-siyasi şəxslərə dərs olmalıdır.
Əslində İslam tərəfdarları məsələyə vaxtında reaksiya vermədilər. Səbəb isə müəyyən qüvvələrin müxtəlif dünya ölkələrində ayrı-ayrı problem və bəhanələrlə müsəlmanların başlarını qatmalarıdır.
Amma dediyim kimi, aksiyalar səngiməməlidir. Ta ki, Fransa xalqı Makronun əleyhinə səs verənədək. Bunu real hesab edirəm. Fransada üç milyondan çox müsəlmanın yaşadığını və xristianların heç də hamısının dini dözümsüzlüyə malik olmadığını nəzərə almaq lazımdır.
Prezident səhvini başa düşməli, üzr istəməlidir. Və dini mövqeyinə görə kimisə tənqid etməyin, ona təzyiq göstərməyin yanlış olduğunu anlamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm