Ankara Ukraynada müharibənin tezliklə başa çatmasını istəyir - Hakan Fidan
11:54 09.03.2024
Siyasət
463
Ankara Ukraynadakı müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır.
Trend xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda nə Moskva, nə də Kiyev danışıqlar prosesini dərhal bərpa etmək mövqeyindədir.
“Türkiyəyə gəlincə, biz Ukrayna ilə bağlı dialoq platformasının formalaşdırılmasının zəruriliyi qənaətindəyik. Fikrimizcə, daha böyük risklərin qarşısını almaq üçün müharibəni dayandırmaq və danışıqlara başlamaq lazımdır”, - deyə Türkiyə diplomatiyasının rəhbəri bildirib.
Fidan vurğulayıb ki, Avropanın tam mərkəzindəki müharibə bütün region üçün təhlükə yaradır. Nazir əlavə edib:
“Ukraynadakı vəziyyət Qara dəniz regionu üçün çoxsaylı təhdidlərlə bağlıdır və ərzaq təhlükəsizliyinə təsir göstərir”.
Türkiyə diplomatiyasının rəhbəri daha sonra diqqəti öz ölkəsinin milli təhlükəsizliyinə təhdidlərə çəkib. O qeyd edib: “Ankaranın terror təhdidlərinin qarşısının alınması ilə bağlı bütün hərəkətləri beynəlxalq hüquqa əsaslanan qanuni fəaliyyətə əsaslanır”.
Eyni zamanda, türkiyəli nazir ABŞ-nin PKK terror təşkilatının Suriya qanadı YPG ilə əməkdaşlığını Türkiyə üçün təhlükə adlandırıb.
“Bu gün Vaşinqton təkcə YPG-ni silahla təmin etmir, həm də yaraqlılara təlim keçir ki, bu da ölkəmiz üçün real təhlükə mənbəyidir. Türkiyə həm öz sərhədlərində, həm də onun hüdudlarından kənarda təhlükələri aradan qaldırmaq üçün bütün addımları atmağa davam etməkdə qərarlıdır. Heç kim Ankaranın mövqeyinə təsir edə bilməz”, - deyə Fidan vurğulayıb.
Türkiyənin xarici işlər naziri ABŞ-ın Suriya ilə bağlı mövqeyini “Ankara ilə Vaşinqton arasında əməkdaşlığa ən böyük əngəl” adlandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə