Araikin “bir həftəlik” şantajının vaxtı bitdi - Ekspert
Araikin “bir həftəlik” şantajının vaxtı bitdi - Ekspert
Yusif Nəzərli
05:45 26.07.2023
Siyasət
385
Bundan sonrakı prosesin inkişafı erməni əhalisinin seçimindən və nə qədər dözə biləcəyindən asılı olacaq
Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi şəhərində fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün başçısı Araik Arutyunyanın “daha sərt mübarizəyə keçidinin” mahiyyəti bəlli olub. Arutyunyanın 17 iyulda elan etdiyi bir həftəlik “oturaq aksiyası” ötən gün başa çatıb və o, “elan etdiyi sərt mübarizə üsullarına” keçib. “Sərt mübarizə” isə bu gün saat 20:00-da Xankəndinin İntibah və İrəvanın Azadlıq meydanında “eyni vaxtda” etiraz aksiyaları keçirməkdir. Xankəndidəki mitinqə separatçı-terrorçu dəstənin “dövlət naziri” Qurgen Nersisyan rəhbərlik edəcək.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Araikin “bir həftəlik” şantajının vaxtı bitdi və separatçıların başçısı növbəti müraciətini yaydı: "Araik “öz müqəddəratını təyin etmə hüququndan” imtina etməyəcəklərini bildirib. O cümlədən, rəsmi Bakının Ağdam yolu vasitəsilə təminatın həyata keçirilməsi təklifindən imtina edib. Beləliklə, separatçılar öz mövcudluqlarını qorumaq naminə erməni əhalisini girov olaraq saxlamağa davam edəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın erməni sakinlərinə onları girov götürən xuntadan qurtulmaq çağırışı edib. Dövlət başçısı “gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq” sözləri ilə Bakının mövqeyində son nöqtəni qoyub. Separatçıların vəziyyəti dəyişmək ümidi ilə təxribata əl atacaqları heç vaxt istisna deyil. Lakin bundan sonrakı prosesin inkişafı erməni əhalisinin seçimindən və nə qədər dözə biləcəyindən də asılı olacaq".
Xəbər lenti
Hamısına bax
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol
Telefonu yastığın altında şarj etmək təhlükəlidir
07:17 15.09.2026
Texnologiya