Arxasında Qərb var
Yusif Nəzərli
09:28 21.10.2021
Siyasət
877
Saakaşvilini həbsdə çox saxlamaq mümkün olmayacaq
"Çox güman ki, hökumət yaxında geri addım atmağa məcbur olacaq"
Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili 20 gündür ki, aclıq aksiyası keçirir. Səhhəti ilə bağlı problem yaşayan Saakaşvili yalnız dərmanlar vasitəsi ilə tibbi müayinəyə razılıq verəcəyini deyib. Eks-prezident həbsdə olduğu müddətdə heç bir şəkildə yemək yeməyəcəyini, ölməyə belə hazır olduğunu söyləyib: “Sağlam düşüncəmin və qabiliyyətimin qalmasını istəyirəm. Huşumun yerində qalması və Gürcüstana bir xeyrim dəysin deyə həkimlərin tibbi müdaxiləsini qəbul edirəm. Hazırda cəmiyyət çox səfərbərdir, mən həmişəkindən daha optimistəm”.
Gürcüstanın Baş nazir İrakli Qaribaşvili isə Saakaşvilinin tezliklə həbsdən çıxma ehtimalının olmadığını bildirib: “Saakaşvili cəzasını tam çəkmədən azadlığa buraxılmayacaq. O, məhbusdur və həbsdə minimum 6 il qalacaq. Hakimiyyət Saakaşvili haqqında çox danışdı. İndi onun dəmir barmaqlıqlar arxasında öz cəzasını çəkməsinə izn vermək lazımdır”.
Gürcüstanın keçmiş rəhbəri ətrafında cərəyan edən prosesləri “Şərq”ə təhlil edən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib ki, Saakaşvilinin həbs olunmasının qonşu ölkədəki proseslərə ciddi təsir göstərdiyini və siyasi-ictimai əhval-ruhiyyəni dəyişdiyini etiraf etmək lazımdır. Partiya rəsmisi xatırladıb ki, eks-prezident öz istəyi ilə Gürcüstana qayıtmayıb. Onun qayıdışını təmin edən və həvəsləndirən qüvvələr də olub:
“Məsələnin görünməyən tərəfi odur ki, son dövrlər Gürcüstan demokratik dəyişikliklərdən yan keçməyə başlayıb. Saakaşvili zamanı qoyulmuş ənənə getdikcə öz istiqamətini dəyişdi. Əvvəllər qonşu ölkədəki demokratiya Qafqaz ölkələrinə nümunə göstərilidi. Amma sonuncu seçkilərdə ciddi qanun pozuntuları, saxtakarlıqlar üzə çıxdı. Qərbin Gürcüstan vasitəsi ilə regiona ixrac etmək istədiyi bəzi dəyərlər ciddi şəkildə təhlükə altına düşmüşdü. Saakaşvili bu sahədə püxtələşmiş siyasi fiqur kimi məhz belə məqamda ortaya çıxdı. Düşünmürəm ki, gürcü hakimiyyəti sabiq prezidenti həbsdə çox saxlayacaq. Əslində, bu, mümkün də deyil. Saakaşvilinin hələ də ölkə daxilində dəstəyi kifayət qədərdir. Parlamentdəki tərəfdarları çoxdur. Çoxları elə zənn edir ki, Qərb artıq Saakaşvilini dəstəkləmir, amma elə deyil. ABŞ və Avropa ölkələri ciddi bəyanatlar səsləndiriblər və Tbilisiyə sərt xəbərdarlıq ediblər. Avropa Saakaşvilinin həbsi üzərindən Gürcüstan hökumətinə mesaj verir ki, rəsmi Tbilisi üzünü Qərbdən çevirməklə ciddi təhlükə ilə üz-üzə qala bilər”.
Ə.Orucov qeyd edib ki, hər halda qonşu ölkədə baş verən arzuolunmaz hadisələr bizə də təsirsiz ötüşmür:
“Nəzərə alaq ki, Gürcüstanda 500 minə yaxın soydaşımız yaşayır. Onların əhəmiyyətli qismi siyasi proseslərdə aktiv iştirak edirlər. Gürcüstan bizim strateji tərəfdaşımızdır. Hazırda yeni layihələrdən söhbət gedir, regional əməkdaşlıq məsələləri müzakirə olunur. Ona görə də qonşu ölkədə siyasi böhran yaşanmasını, qarışıqlıq olmasını arzulamırıq. Son olaraq deyim ki, Saakaşvili sıradan fiqur deyil. Çox güman ki, hökumət yaxında geri addım atmağa məcbur olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət