Asilyanın Bakı xülyası: Erməni cəmiyyətinin “nəbzi" yoxlanılır?
09:42 06.08.2024
Siyasət
624
Erməni politoloq Suren Surenyants çıxışında bildirib ki, tez-tez sülhpərəst, Azərbaycanla bağlı müsbət paylaşımlar edən hakim Mülki Müqavilə Partiyasının keçmiş üzvü, hazırda bloger olan Tatul Asilyan əslində hələ də Nikol Paşinyana işləyir. Politoloq T.Asilyanın partiyadan formal olaraq xaric edildiyini bildirib: “O, bir müddət əvvəl hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirən Qarabağdan köçmüş ermənilərlə bağlı mənfi paylaşım etmişdi. Buna görə partiyadan xaric olduğu açıqlandı. Lakin onun Paşinyanın komandasından çıxarılması əslində formaldır. Onlar o qədər yaxındır və Asilyan baş nazirin bütün istəklərinə o qədər bələddir ki, ondan göstəriş almasına ehtiyac yoxdur. Hər şeyi anlayır və özü edir. T.Asilyan əslində tamamilə Paşinyanın istəklərini yazır, deyir. O və onun kimilərinin əli ilə insanlara bəzi fikirləri çatdırırlar. Məsələn, qarşıdan gələn COP29-a iştirak üçün İrəvana da dəvət məktubu göndərilib. Paşinyanın ora getməli olduğunu Asilyandan yaxşı əsaslandıracaq biri yoxdur. Tatulun bir neçə gün öncə Bakıya getmək arzusu ilə bağlı paylaşımı məhz buna görədir”.
Qeyd edək ki, T.Asilyan bir neçə gün öncə öz sosial şəbəkə hesabında Bakını görməyi arzuladığını yazıb. O, sülhün tezliklə bərqərar olması və Azərbaycana səfər etməyi çox istədiyini bildirib.
Surenyantsın fikirlərinə münasibət bildirən xanın politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, Tatul Asilyanın Ermənistanın hakim partiyasından uzaqlaşdırılmasının ssenari və ya həqiqət olmasını birmənalı şəkildə ifadə etmək doğru olmaz:
“Amma son zamanlarda baş verən hadisələr onu deməyə əsas verir ki, Asilyan və Paşinyanın hadisələrə yanaşmasında heç vaxt ciddi fərqliliklər mövcud olmayıb və bu gün də belədir. Deməli erməni bloggerin Bakıya gəlmək arzusunu açıq şəkildə ifadə etməsi bir növ məsələ ilə bağlı erməni cəmiyyətinin “nəbzinin yoxlanılması” olaraq da dəyərləndirilə bilər. Ümumiyyətlə, hadisələrin gedişatına uyğun olaraq deyə bilərik ki, Azərbaycan tərəfindən COP29-da iştirak üçün İrəvana dəvət məktubunun göndərilməsinə cavab olaraq Paşinyanın Bakıya səfər etməsi ehtimalı heç bir halda istisna edilmir. O ki, qaldı Asilyanın Bakıya gəlmək “arzusunun” reallaşması ilə bağlı məsələyə, sərhədlərin açılması və ya qarşılıqlı səfərlərin mümkünlüyü üçün əsas şərtin elə məhz Ermənistanın götürdüyü öhdəlikləri dərhal icra etməsindən asılı olması faktı onun özünə də çox yaxşı məlumdur. Ona görə də, bu öhdəliklərin icrasının gecikdirilməsinin heç bir halda hadisələrin gedişatını Ermənistanın xeyrinə dəyişməyəcəyi reallığının dərk edilməsinin vaxtı çoxdan çatıb. Nəticə etibarilə, Asilyanın bu paylaşımı Ermənistanın mövcud hərbi-siyasi hakimiyyətinin bu məsələ ilə bağlı mövqeyini ifadə edən açıq mesaj da ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat
Sabah 29 dərəcə isti olacaq
12:59 14.10.2026
Ekologiya
Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər
12:44 14.10.2026
Gündəm