AVCİYA seçkilərlə bağlı aralıq hesabat təqdim etdi
Turan
11:34 04.02.2020
Siyasət
604
AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı aralıq hesabat təqdim edib. Sherg.az-ın xəbərinə görə, hesabat icmal ümumi məlumat, seçici siyahıları, seçki adminisrasiyasının fəaliyyəti, AVCİYA tərəfindən aparılmış KİV-in monitorinqinin nəticələri, AVCİYA-nın seçkilər və referendumlarda iştirakı haqqında məlumat adllı bölümlərdən ibarət olub. Hesabatın icmal hissəində Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991-ci ilin 18 oktyabrından bu günə kimi Milli Məclisə 1995, 2000, 2005, 2010, 2015-ci illərdə keçirilmiş seçkilər haqqında qısa məlumat verilib. Bu hissədə həmçinin, Qərb ölkələri qurumlarının seçkilərlə bağlı tövsiyyələri barədə məlumat verilib.
Məlumatda qeyd olunub ki, “Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə7, ATƏT, DTİHB 2008-ci ildə 27, 2010-cu ildə 17, 2013-cü ildə 20, 2015-ci ilin avqustunda əsasən əvvəlkilərin təkrarı 40, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyyə irəli sürüb. Bunların təhlili aparıldıqda məlum olur ki, bu tövsiyyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı tövsiyyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyyələrin əksəriyyəti əvvəlki tövsiyyələrin təkrarından ibarətdir. Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxalq təşkilatlar tərəfindən verilən tövsiyyələri də nəzərə almaqla 2 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası “Seçki Məcəlləsi”nin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər edilib. Ümumiyyətlə 2003-2015-ci illərdə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə əlavə, dəyişiklik və ya düzəliş edilmiş, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılıb.
AVCİYA seçki öncəsi maarifçilik məqsədi ilə Şamaxı, Şirvan, Gəncə, Mingəçevir, Quba, Sumqayıt bə Bakı şəhərlərində regional seminarlar təşkil edib. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində regional ofislərin işini bərpa edib. Müşahidəçilər üçün “Yaddaş Kitabçası” və “Beynəlxalq təşkilatların rəy və tövsiyyələri müqayisəli təhlili” adlı iki kitab nəşr edilib. Bundan əlavə assosiasiya seçkilərlə bağlı KİV-in iki dövrünü əhatə edən monitorinq təşkil edib. AVCİYA hesab edir ki, mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki mövcud ictimai-siyasi vəziyyyət, sabitlik, ədalətli və şəffaf seçkilərin keçirilməsinə imkan verir. AVCİYA Seçki Qərargahı fəaliyyət proqramına uyğun fəliyyətini davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya