Avrasiyada yeni güc mərkəzi formalaşır
20:35 28.07.2021
Siyasət
513
Azərbaycan, Türkiyə və Pakistanın strateji müttəfiqliyi regional proseslərdə həlledici olacaq
"Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması tarixi-mənəvi və siyasi-strateji baxımdan olduqca mühüm əhəmiyyətə malikdir. Bu, dost, qardaş və strateji tərəfdaş olan üç ölkə arasında çoxşaxəli münasibətlərin yeni mərhələdə daha da möhkəmləndirilməsinə xidmət edən, tərəflər üçün yeni perspektivlər yaradan strateji faktordur".
Bu fikirləri "Şərq"ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloq qeyd edib ki, tərəflər arasında parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi, eyni zamanda əməkdaşlığının dərinləşdirilməsi, inteqrasiyanın intensivləşdirilməsi prosesinə vacib töhfədir:
"Dünya siyasətində nüfuzlu aktor kimi tanınan, müasir beynəlxalq münasibətlər sisteminin güc iyerarxiyasında mütəmadi yüksəlişə malik Azərbaycan, Türkiyə və Pakistan çoxtərəfli münasibətlərin inkişafını strateji prioritet kimi müəyyənləşdiriblər. Bu ölkələr arasında çoxvektorlu münasibətlər praqmatik xarakter və qlobal önəm daşıyır. Xüsusilə də, qarşılıqlı etimad mühiti münasibətlərin inkişafına xidmət edən strateji faktor kimi çıxış edir. Üç dövlətin əlaqələrinin inkişafına təsir edən digər bir sıra amillər də mövcuddur. Məsələn, Azərbaycan, Türkiyə və Pakistan terrorizmə, islamofobiyaya qarşı qətiyyətli mübarizə aparırlar.
Multikulturalizmin, tolerantlığın təbliği, sivilizasiyalararası dialoqun təşviqi tərəflərin strateji kursunun mühüm tərkib hissəsini təşkil edir. Ən mühüm məqamlardan biri budur ki, hər üç ölkə beynəlxalq arenada milli-strateji maraqların müdafiəsi istiqamətində bir-birinə ciddi dəstək göstərir. Bu da münasibətlərin yeni keyfiyyət çalarları ilə zənginləşməsi, regional, qlobal xarakterli proseslərə təsir baxımından əhəmiyyətlidir. 44 günlük müharibə zamanı və postkonflikt dövründə Türkiyə və Pakistanın Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək göstərməsi isə bu kontekstdə xüsusi vurğulanmalıdır".
N.Qələndərlinin sözlərinə görə, Avrasiyada yeni aparıcı güc mərkəzi formalaşır:
"Azərbaycan, Türkiyə və Pakistanın strateji müttəfiqliyi Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir. Bu yeni güc mərkəzinin fəaliyyəti, heç şübhəsiz, rifah və inkişaf vəd edir. Regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə, təhlükəsizliyin təmin olunmasına xidmət göstərir. Yəni Azərbaycan-Türkiyə-Pakistan strateji müttəfiqliyi müasir dünya siyasətində pozitiv faktor kimi beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı perspektivlər açır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
11:10 17.12.2025
Hadisə
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
11:09 17.12.2025
Hadisə
Ermənistanla sülh an məsələsidir -Analitik
10:33 17.12.2025
Siyasət
Tramp: Obama İrana görə dünyadan imtina etmişdi
10:25 17.12.2025
Dünya
Paşinyan üçün seçkilər yalnız başlanğıcdır -Politoloq
10:16 17.12.2025
Cənubi Qafqaz
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
10:07 17.12.2025
İqtisadiyyat
Analitik: Berlindəki görüş Ukraynanın xeyrinə irəlilədi
09:40 17.12.2025
Dünya
İranda yaşayış binası çökdü
08:39 17.12.2025
Hadisə
Lavrov mesajları ilə qonşu ölkələri qorxutmağa çalışır
08:03 17.12.2025
Dünya
Bratislavada hökumət əleyhinə etiraz aksiyası keçirildi
06:47 17.12.2025
Dünya
Yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edilib
04:25 17.12.2025
Dünya
Tayland Kambocadan atəşkəs elanı tələb etdi
03:32 17.12.2025
Dünya
Makqreqor 17 il sonra onunla evləndi
02:34 17.12.2025
İdman
Ağ Evin aparat rəhbəri: Tramp alkoqolik xarakterinə malik şəxsdir
01:26 17.12.2025
Dünya
"Sabah" komandası FIBA Çempionlar Liqasında mübarizəni dayandırıb
01:12 17.12.2025
İdman