Avropa İttifaqının Rusiya ilə bağlı ittihamına Gürcüstandan sərt təpki
08:44 18.10.2025
Siyasət
251
“Panikaya əsaslanan fəallıq Brüsselin (Avropa İttifaqı) bu günkü xarici siyasətinin təəssüf doğuran bir nümunəsidir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Avropa Komissiyasının bu mətbuat katibi (Anita Hipper) tərəfindən dəstəklənən və ruhlandırılan insanlar oktyabrın 4-də cinayətə əl atdılar. O gün ölkəmizin qanlı xaos və 90-cı illərə qayıtmasına az qalmışdı.
Hazırda 62 nəfər həbsdədir, onları cəza gözləyir. Mətbuat katibi isə artıq iki həftədir 4 oktyabr hadisələrindəki məsuliyyətini sıradan çıxmış təbliğat ifadələrinin arxasında gizlədir. Panikaya əsaslanan fəallıq Brüsselin bugünkü xarici siyasətinin təəssüf doğuran bir nümunəsidir”, - Şalva Papuaşvili qeyd edib.
Avropa Komissiyasının mətbuat katibi Anita Hipper bundan əvvəl bildirib ki, hakim “Gürcü Arzusu” Partiyası Rusiya təbliğat maşını tərəfindən ruhlandırılan repressiv tədbirlər həyata keçirir.
Oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. “Gürcü Arzusu” seçkilərdən sonra qalib gəldiyini açıqlayıb. Brüssel və digər müvafiq Avropa qurumları seçkilərin nəticələrinə etiraz edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya