
Aydın Sezer: Kılıçdaroğlunun yenidən CHP-nin başına gətirilməsiylə bağlı iqtidar və müxaliflət arasında müzakirələr gedir
11:39 05.06.2025
Siyasət
638
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu məhkəmənin partiyanın 38-ci qurultayının nəticələrini ləğv etməsi ehtimalı ilə bağlı hazırlıqlara başlayıb. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Nəşr yazır ki, partiya dairələrində məhkəmə prosesinin nəticəsindən asılı olaraq müxtəlif ssenarilər müzakirə edilir: “Kamal Kılıçdaroğluna yaxın şəxslərin qurultayın mümkün ləğvi qərarından sonra partiyanın yenidən qurulması üçün hazırlıq gördüyü iddia olunur. Bu hazırlıqlar çərçivəsində kimin idarə heyətinə gətiriləcəyi və yeni qurultayın nə vaxt toplanacağının müzakirə edildiyi bildirilir. Qurultay ləğv olunarsa, Kılıçdaroğlunun yenidən partiya sədrliyinə dönəcəyi demək olar ki, dəqiqləşib”. Nəşrin məlumatına görə, Kılıçdaroğlu və komandası CHP rəhbərliyinə geri dönsə, yeni qurultay ən azı bir il təxirə salınacaq: “Bildirilir ki, məhkəmə prosesi partiyanı Kılıçdaroğlunun rəhbərliyinə qaytararsa, başda İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu və CHP sədri Özgür Özəl olmaqla bəzi fiqurların partiyadan qovulması gündəmdə ola bilər. İmamoğlunun həbsdə olması və ona qarşı davam edən istintaqı bu prosesi sürətləndirə bilər. CHP dairələrində Kamal Kılıçdaroğlunun partiyada yeni nizam quracağı və genişmiqyaslı təmizləmə aparacağı haqda danışılır”. Xatırladaq ki, CHP-nin 38-ci qurultayı 4-5 noyabr 2023-cü il tarixlərində keçirilib. Qurultayda Özgür Özəl qalib gələrək, Kamal Kılıçdaroğlunun 13 illik sədrliyinə son qoyub. Qurultaydan sonra səsvermədə pozuntu iddiası ilə cinayət işi açılıb. Ankara Baş Prokurorluğu tərəfindən aparılan və artıq yekunlaşan istintaqda Kamal Kılıçdaroğlu zərərçəkən kimi tanınıb.
Türk siyasətçi və yazar Aydın Sezer Sherg.az-a söyləyib ki, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayına görə edilən etirazlar nəticəsində məhkəmə prosesi gedir:

“Eyni zamanda cinayət işiylə bağlı spekulyasiya aparılmaqdadır. Prokuror ittiham aktını hələ yeni hazırlayıb. Proses nəticəsində konqresin ləğv olunması və Kamal Kılıçdaroğlunun yenidən CHP-nin başına gətirilməsiylə bağlı iqtidar və müxaliflər tərəfindən müzakirələr gedir. Müzakirələrin aparılmasının əsas səbəblərindən biri CHP içərisindəki siyasi mübahisələrdir. Yəni CHP-lilər öz tərəfdarlarını təsəlli vermək üçün proses üzərində spekulyasiyalar aparırlar. Əgər məhkəmədən sonra Kamal Kılıçdaroğlu geri dönərsə, onun partiyaya geri alınmayacağına dair fikirlər bildirirlər. CHP içərisindəki mübahisələri dərinləşdirən digər səbəb isə hökümət yönümlü analitiklərin Kamal Kılıçdaroğlu ilə əlaqədar müsbət açıqlamalarıdır. Nəticə etibarilə sözügedən mübahisələr CHP-nin imicinə ziyan vurur. Hökümət isə həmin mübahisələri məmnuniyyətlə izləyir. Məhkəmə prosesinin tez-tez təxirə salınması isə AK partiyanın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istəklərinə uyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya