Azərbaycan Aİ-nın “əlini gücləndirdi! - Rusiya rəsmi Bakının maraqlarına ziddi addım atarsa...”
Azərbaycan Aİ-nın “əlini gücləndirdi! - Rusiya rəsmi Bakının maraqlarına ziddi addım atarsa...”
Yusif Nəzərli
11:09 09.09.2022
Siyasət
585
Azərbaycan beş Ermənistan hərbçisini azad edərək dövlət sərhədində qarşı tərəfə təhvil verib. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Rəsmi Bakının belə humanist addımı Avropa İttifaqı tərəfindən də rəğbətlə qarşılanıb.
Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz “Twitter”ində yazıb : “Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”.
Məsələni dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a bildirib ki, Azərbaycan tərəfi üzərinə düşən bütün tapşırıqaları lazımınca yerinə yetirir:
“ Ermənistan isə daha çox Rusiyanın, eləcə də, Avropanın təzyiqindən sonra gərəkli addımları atıb. İndi rəsmi Bakının son olaraq beş erməni hərbçini də qarşı tərəfə təhvil verməsi bir daha onun sülh mövqeyində dayanmasını göstərir. Ermənistan isə belə mövqe sərgiləmir. Son günlər sərhəddə baş verən hadisələr də bizə bunu deməyə əsas verir. Sonuncu avqustun 31-də baş tutan Brüssel görüşündə əldə edilən razılaşmalarda qeyd olunub ki, Azərbaycan erməni hərbçilərini rəsmi İrəvana təhvil verməli və Ermənistan bunun qarşılığında itkin düşmüş azərbaycanlılar haqqında məlumat ötürməlidir.
Ancaq görünən odur ki, Ermənistan tərəfi hələ də bunu etməkdən boyun qaçırır. Azərbaycan isə öz üzərinə düşəni zamanında yerinə yetirərək Brüssel razılaşmasına sadiq olduğunu göstərir.
Hazırda tərəflər arasında imzalanacaq yekun sülh üçün işçi qrupunun yaradılması aktualdır.
İndiki məqamda rəsmi Bakı belə humanist addımla da bir növ Avropaya bizim bütün qaydalara əməl etdiyimizi nümayiş etdirir. Ona yekun sülh üçün əsas manelər törədən tərəfin Ermənistan olduğunu bildirir.
Digər tərəfdən Azərbaycan Brüssel razılaşmasına əməl etməklə Aİ-nın “əlini gücləndirdi”.
Bununla o həm də Rusiyaya rəsmi Bakının maraqlarına zidd addım atılacağı təqdirdə öz alternativinin olduğu mesajını verdi”
.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya