Azərbaycan-İran münasibətləri müzakirə olunub
Yusif Nəzərli
14:24 04.12.2021
Siyasət
268
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının İslam Şurası Məclisi sədirinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzad ilə görüşüb.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının 44-günlük Vətən müharibəsində qazandığı qələbənin ildönümü münasibətilə təbriklərini çatdıran İran İslam Respublikasının İslam Şurası Məclisi sədirinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzad Azərbaycanın sevincinin və kədərinin İran üçün də bir olduğunu qeyd edib.
Parlamentlərarası əlaqələrin önəmini vurğulayan Əli Nikzad Azərbaycanın Milli Məclisi ilə əlaqələrin daha da möhkəmləndirilməsində səylərin artırılmasının zəruriliyini vurğulayıb və ikitərəfli əməkdaşlığın güclənməsinə parlament nümayəndələrinin öz tövhəsini verəcəyini diqqətə çatdırıb. Cari ilin noyabr ayının 27-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasını alqışladıqlarını bildirib. Əli Nikzad səfir Əli Əlizadəyə xidməti fəaliyyətində uğurlar arzulayıb.
Səfir Əli Əlizadə Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini, İranın Azərbaycan üçün dost və yaxın qonşu ölkə olduğunu bildirib. Azərbaycan-İran parlamentlərarası münasibətlərin, dostluq qruplarının səmərəli əməkdaşlığının əlaqələrin daha da inkişafına zəmin yaratdığını və bu istiqamətdə Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin üzərinə düşən vəzifələri və əlaqələndirmələri yerinə yetirməyə hər zaman hazır olduğunu bildirib.
Görüşdə həmçinin, iki ölkə arasında müştərək layihələrin icrası, səfərlərin və görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz