Azərbaycan Qarabağdakı suverenliyindən əl çəkməyəcək! - Ekspert
Yusif Nəzərli
14:19 25.07.2023
Siyasət
359
"Bunlar ikili standartlardır və cəmiyyətimiz bunları çox yaxşı anlayır. Həmçinin bilmək vacibdir ki, söhbət təkcə bəzi jurnalistlərin müsahibəsindən getmir. Bu halda hökumətlər də var. Hazırda biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik. Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.
"Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır. İndi söylədiklərimi biz deyəndə isə, siz görürsünüz ki, onlar bütün mətbuatı dərhal işə salır, Azərbaycanı, onun rəhbərlərini və siyasətini təhqir etməyə, hücum çəkməyə, şayiə yaymağa başlayırlar", - Prezident qeyd edib.
Fransanın Ermənistanın tərəfini saxlamasında təəccüblü bir şey olmadığını söyləyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, rəsmi Paris erməni layihəsinin müəlliflərindən biridir:
"Ümumiyyətlə "böyük Ermənistan" ideyasının oturuşmasında böyük rol oynayanlardan biri Fransadır. Hələ birinci dünya müharibəsi ərəfəsində Osmanlı boyu və Qafqazlarda fərqli məktəblər açaraq erməni kadrları yetişdirən də Fransa olub. Hətta ilk "erməni soyqırımı" iddiası da fransız qəzetlərində işıq üzü görüb. Ona görə də burada təəccüblü heç nə yoxdur. Çünki Fransa hökuməti hər zaman ermənilərdən alət kimi istifadə edib, indi də davam edir. Digər tərəfdən Fransada erməni lobbisinin təsiri güclüdür. Hətta onların 300-500 min səs vermə potensialına malikdir. Üçüncü məsələ isə erməni biznesmenlərin fransız cəmiyyətinə təsir göstərə bilmək imkanıdır. Dördüncüsü isə Fransanın Aralıq dənizi, Suriya, Afrika, Cənubi Qafqazda və.s bölgələrdə maraqları var. Bunun üçün isə erməni amilindən istifadə edərək Azərbaycan və Türkiyəyə təzyiq göstərir".
Analitik əlavə edib ki, Fransanın son dövrlərdə erməni məsələsini bu qədər qabartması regiondakı sülh və əmin-amanlığa zərbə vurur:
"Çünki Azərbaycan şantajlar qarşısında geri çəkilmir. Hətta müharibə dövründə bizi sanksiyalarla hədələmişdi. Makron Əliyevə zəng edərək "Siz Türkiyəyə güvənirsizsə, biz sizə və Türkiyəyə sanksiya qoyarıq" demişdi. Həmçinin Azərbaycan həkimlərə və jurnalistlərə atəş açmaqda ittiham edilmişdi. Müharibədən sonra bunların yalan olduğu ortaya çıxdı və rəsmi Paris anladı ki, bizimlə təzyiq dilində danışmağın mənası yoxdur, əməkdaşlıq etmək lazımdır. Ardınca Brüssel formatı başladı. Lakin Praqa görüşündən sonra Fransa yenidən anti-Azərbaycan fəaliyyətini gücləndirdi. Bunlar isə iki ölkə arasındakı münasibətlərə mənfi təsir edir. Ümumiyyətlə heç bir halda Azərbaycan nə Fransaya öz ərazisində baza verəcək, nə sərhədlərində belə bir bazanın yaranmasına şərait yaradacaq, nə də ki, təzyiqlər qarşısında Qarabağ üzərindəki suverenliyindən əl çəkəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm