Azərbaycan, Türkiyə və Pakistan arasında strateji münasibətlər dərinləşir -ŞƏRH
10:46 14.10.2025
Siyasət
495
Azərbaycan parlamenti beynəlxalq aləmdə daha fəal mövqe nümayiş etdirir. Xüsusilə də dost və qardaş ölkələrlə, o cümlədən Türkiyə və Pakistanla əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Pakistanın paytaxtı İslamabadda keçirilən Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin Üçüncü Üçtərəfli Görüşü də bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biri oldu. Görüşün sonunda İslamabad Bəyannaməsinin qəbul olunması üç ölkə arasında münasibətlərin daha da dərinləşdiyini göstərir. Tədbirdə parlamentlərarası əməkdaşlığın önəmi vurğulanıb və əlaqələrin gələcək inkişafı üçün birgə məqsədlər müəyyənləşdirilib.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında son dövrlərdə Azərbaycan Parlamentinin diplomatik fəallığının nəzərəçarpacaq dərəcədə artdığını söyləyib:
"Xüsusilə də Türk dünyası ilə əlaqələrin genişləndirilməsi istiqamətində parlament diplomatiyasının fəaliyyəti diqqət çəkir. Bu baxımdan əlamətdar hadisələrdən biri də Milli Məclisin deputatı Ramil Həsənin Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsinə seçilməsidir. Bu, Azərbaycanın beynəlxalq parlament platformalarında artan nüfuzunun və fəallığının göstəricisidir. Digər mühüm istiqamətlərdən biri isə Azərbaycan, Türkiyə və Pakistan arasındakı strateji münasibətlərin dərinləşdirilməsidir. Son dövrlərdə Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında yüksək səviyyəli görüşlər keçirilib. Misirdə baş tutan görüşlərdə səsləndirilən fikirlər, qarşılıqlı dəstək və əməkdaşlıq çağırışları ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir".
Ekspert Pakistanın hazırda həm Əfqanıstan, həm də Hindistanla sərhəddə gərginliklə üzləşdiyini vurğulayıb:
"Belə çətin dövrdə Azərbaycan və Türkiyənin Pakistanın yanında olması xüsusi önəm daşıyır. Qardaş Pakistan da 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana güclü dəstək göstərdi. O dövrdə meydanlarda yalnız Azərbaycan və Türkiyə bayraqları deyil, Pakistan bayraqları da dalğalanırdı. Bu, Azərbaycan xalqının yaddaşında qardaşlıq və dostluğun simvolu kimi qalmaqdadır. Pakistan, Türkiyədən sonra Azərbaycana ən yaxın və ən etibarlı müttəfiqlərdən biridir. Bu səbəbdən Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi regional sabitlik və əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır. Parlament diplomatiyasının güclənməsi isə bu istiqamətdə gələcək birgə fəaliyyətlər üçün mühüm töhfə verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya