
Azərbaycan və Çin arasında əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir -ŞƏRH
12:50 22.04.2025
Siyasət
533
Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
Bunu Prezident İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibəsində deyib. İki ölkə arasında hələ də reallaşdırılmayan böyük potensialın mövcud olduğunu vurğulayan dövlətimizin başçısı vurğulayıb:
“Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq”.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a deyib ki, son zamanlar Azərbaycan və Çin arasındakı iqtisadi, siyasi əıaqələr getdikcə inkişaf edir:

“Hazırda Çin dünyanın yüksələn gücüdür. Azərbaycan Çin üçün xüsusi əhəmiyyətə malikdir. Ölkəmiz resurslarla zəngindir və ticarət yolların qovşacağında yerləşir. Strateji əhəmiyyətinin böyüklüyü Azərbaycanı Çin üçün kifayət qədər cəlbedici ölkəyə çevirir. Rəsmi Pekin son zamanlar Azərbaycana xüsusi maraq göstərir. Azərbaycan da Çinlə əməkdaşlıqdan məmnunluq duyur. Son dövrlər iki ölkə arasında ticarət dövriyyəsi artır və Çin Azərbaycanın dördüncü ən böyük tərəfdaşına çevrilib. Azərbaycan və Çin arasında əməkdaşlıq müxtəlif layihələrdə xüsusi əhəmiyyətə malikdir. Donald Trampın hakimiyyətə gəlməsindən sonra Avropa Birliyi ilə Amerika arasındakı münasibətlər pozulmağa başlayıb. Çin höküməti ABŞ-nin Avropada yerini tutmağa çalışır. Çin ilə Avropa ölkələri arasında geniş əlaqələrin qurulmasında Azərbaycan körpü rolunu oynayır. Çin Azərbaycan üçün önəmli olan Zəngəzur dəhlizinin açılmasını güclü şəkildə dəstəkləyir. Çünki bu regional iqtisadi münasibətlərin qurulmasında əhəmiyyətli məsələdir. İki ölkə arasında əlaqələr bundan sonra da inkişaf edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Çin mediasına verdiyi müsahibələrdə bunu dəfələrlə vurğulayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat