Azərbaycan və İspaniya XİN arasında anlaşma memorandumu imzalanıb - YENİLƏNİB + FOTO
Yusif Nəzərli
15:52 07.09.2022
Siyasət
482
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri Xose Manuel Albares Bueno tərəfindən qəbul edilib.
Bu barədə Oxu.Az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nümayəndə heyətinin qatılımı ilə geniş tərkibli görüşdə nazirlər ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, enerji, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu, qarşılıqlı yüksək səviyyəli səfərlərin və siyasi səviyyədə dialoqun önəmli olduğu qeyd edilib.
Nazir Ceyhun Bayramov həmkarına bölgədə post-münaqişə dövründə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz şəraitdə evlərinə geri dönmələri üçün görülən işlər, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib. İşğaldan azad edilmiş ərazilərdə turizm, alternativ enerji, kənd təsərrüfatı və mədən sənayesi sahəsində geniş işlər görüldüyü və İspaniya şirkətləri ilə geniş əməkdaşlıq perspektivləri olduğu bildirilib. Bununla yanaşı, Ələt Azad İqtisadi Zonasında sərmayə qoyuluşlarının ikitərəfli münasibətlərə töhfə verəcəyi diqqətə çatdırılıb.
Nazir Xose Manuel Albares Bueno İspaniya şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşunda maraqlı olduqlarını, turizm, ticarət və iqtisadiyyat sahəsində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğunu vurğulayıb. Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, enerji və tranzit sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb, İspaniyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi, növbəti ildən təşkilata sədrlikləri dövründə bu prosesdə daha yaxından iştirak edəcəkləri qeyd edilib. 18 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında imzalanmış anlaşma memorandumunun İspaniya üçün yeni əməkdaşlıq perspektivləri açdığı da İspaniya naziri tərəfindən vurğulanıb. Cənub Qaz Dəhlizində İspaniyanın Enagas şirkətinin 16% paya sahib olmasından məmnunluq ifadə olunub. Nazir Albares Bueno Avropa İttifaqının bölgədə vasitəçilik səylərinə dəstək verdiklərini, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması istiqamətində töhfə verməyə hazır olduqlarını qeyd edib.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş çərçivəsində nazirlər ADA Universiteti və İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Diplomatik Məktəbi arasında Memorandum imzalayıb. Bu sənədin ölkələrimizin diplomatik akademiyaları arasında münasibətlərin inkişafı, təhsil sahəsində mübadilələrin artmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdən sonra, xarici işlər nazirləri mətbuat brifinqində görüşün nəticələrinə dair bəyanatla çıxış ediblər.
17:28
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ispaniyalı həmkarı Xose Manuel Albaros tərəfindən ADA Universiteti ilə İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Diplomatik Məktəbi arasında anlaşma memorandumun imzalanması mərasimi baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter” hesabında məlumat yayıb.
“Memorandum təhsil və bilik mübadiləsi sahəsində təkan verəcək”, - nazirlikdən bildirib.
Signing ceremony of the MoU between the @ADAUniversity and the Diplomatic School of the Ministry of Foreign Affairs, European Union and Cooperation @SpainMFA by @bayramov_jeyhun and @jmalbares. The MoU will provide an impetus in the field of education and exchange of knowledge. pic.twitter.com/YvDy4aTURs
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 7, 2022
16:53
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ispaniyalı həmkarı Xose Manuel Albaros arasında görüş başlayıb.
Bu barədə nazirliyin “Twitter” hesabında paylaşım edilib.
Qeyd edək ki, C.Bayramov İspaniyanın paytaxtı Madriddə rəsmi səfərdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi