Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib

AQEM Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bütün üzv dövlətlərini və tərəfdaşlarını təbrik edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

“Azərbaycan AQEM-in Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqindəki unikal rolunu yüksək qiymətləndirir. AQEM sədri kimi Azərbaycan “Daha güclü AQEM: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı artım” şüarı altında təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir”, – paylaşımda qeyd olunub.