Azərbaycanı yolundan heç kim döndərə bilməz
Yusif Nəzərli
09:03 08.09.2022
Siyasət
492
ATƏT-in "ölmüş" Minsk qrupunu diriltmək cəhdi mənasızdır
Son dövrlər bir sıra dövlətlərin ATƏT-in “ölmüş” Minsk qrupunu ciddi-cəhdlə diriltməyə çalışdıqları müşahidə olunur. Reallıq isə ondan ibarətdir ki, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında keçmiş münaqişənin həllinə heç bir töhfə verə bilmədi. Əksinə, Azərbaycanın işğalla barışmasına ciddi-cəhdlər edildi, münaqişənin müharibə yolu ilə həllinin qeyri-mümkün olduğu israrla bildirildi. Əgər Azərbaycan “ölü” dünyaya gəlmiş bu qurumun ümidinə qalsaydı hələ də torpaqlarımız işğal altında idi. Bu qurumun nümayəndələri isə hələ də heç bir nəticəsi olmayan turist səfərlərinə davam edirdilər.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan özü BMT-nin 4 qətnaməsini icra edərək torpaqlarını işğaldan azad edib. Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur:
"Bu barədə dəfələrlə Prezident İlham Əliyev qətiyyətli və prinsipial mövqeyini bildirib. Bunu bütün dövlətlər və beynəlxalq qurumlar nəzərə almalıdırlar. Bəzi dövlətlərin ATƏT-in “ölmüş” Minsk qrupunu yenidən diriltmək cəhdlərinə gəldikdə isə bu, ayıb və utancvericidir. İndi bu qurumun “dirildilməsi” üçün ciddi-cəhdlər edən dövlətlər nə üçün o zaman keçmiş münaqişənin həllində bu qədər canfəşanlıq etmirdilər? Yoxsa münaqişənin həlli, bölgəyə sülhün gəlməsi onların maraqları ilə uzlaşmır? Azərbaycan ən qısa müddətdə bölgəyə sülhün gəlməsində və yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Azərbaycan bu istiqamətdə səylə çalışır və ölkəmizi bu yoldan heç kim döndərə bilməz. Bölgəyə sülhün gəlməsində səmimi və maraqlı olan dövlətlər də əslində bu mövqedə olmalı idilər. Ancaq əksini görürük.
Azərbaycanın yekun mövqeyi isə bundan ibarətdir. Keçmiş münaqişənin həllinə heç bir töhfə verməyənlər indiki həssas məqamda heç olmasa bölgəyə sülhün gəlməsinə mane olmasınlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya