Azərbaycanın Afrika ölkələriylə münasibətlər qurması artan nüfuzundan xəbər verir -ANALİZ
Yusif Nəzərli
13:27 27.02.2025
Siyasət
445
Azərbaycan Afrika ölkələri ilə, o cümlədən Qvineya-Bisau ilə əlaqələrini gücləndirir. Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu münasibətlər yeni səviyyəyə yüksəlib. Son illərdə Misir, Əlcəzair, Konqo, Somali və Qvineya-Bisau ilə yüksək səviyyəli səfərlər və görüşlər keçirilib. İqtisadiyyat, enerji, müdafiə, təhsil və humanitar yardım sahələrində əməkdaşlıq genişlənir. “ASAN xidmət” modeli Afrika ölkələrində tətbiq olunur. Qvineya-Bisau Prezidenti Bakıya səfəri zamanı əməkdaşlığın daha da gücləndirilməsi müzakirə ediləcək.
Politoloq İlqar Vəlizadə “Sherg.az”a söyləyib ki, Afrika ölkələri Qoşulmama Hərəkatının böyük bir hissəsini təşkil edir:
“Azərbaycan sözügedən təşkilata rəhbərliyi dövründə bir çox Akrika ölkələriylə sıx dialoqlar qurmuşdu. Həmin dialoqlar sayəsində Azərbaycan və Afrika münasibətləri xüsusi dinamikaya yüksəlib. Hazırda da biz onun müəyyən dərəcədə bəhrəsini görürük. Azərbaycan həmin vaxtlar Afrika ölkələrinin mövqeylərini beynəlxalq arenada qorumağa çalışıb. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Azərbayacan tərəfindən qaldırılan məsələlər Afrika ölkələrinin maraqlarına cavab verirdi. Son vaxtlar Fransanın köhnə müstəmləkələrinin haqlı tələblərinə şərik olan Azərbaycan Afrika ölkələrinə siyasi dəstək göstərib və beynəlxalq səviyyədə platformalar təqdim edib. Ona görə də apardığı siyasət nəticəsində Afrika ölkələrinin rəğbətini qazanıb. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun Azərbaycana bugünkü səfəri böyük əhəmiyyət daşıyır. Qvineya-Bisau Qərbi Afrikanın yoxsul ölkələrindən biridir və vaxtilə Fransanın müstəmləkə siyasətinin qurbanına çevrilib. Azərbaycan bir çox sahələrdə, xüsusilə də “ASAN xidmət”lə bağlı müsbət təcrübələrini müxtəlif Afrika ölkələrinə yaymağa çalışır. Görünən odur ki, Azərbaycanın təcrübəsi BMT tərəfindən yüksək qiymət alıb və bəzi ölkələr tərəfindən rəğbətlə icra edilir. Qvineya-Bisau da həmin təcrübələrdən yararlana bilər. Bəzi Afrika ölkələri zəngin təbii sərvətlərə malikdir, lakin uzun illər onları istismar edən ölkələr onların maraqlarını nəzərə almırdı. İndiki şəraitdə Azərbaycanın Afrika ölkələriylə müştərək münasibətlər qurması və zəngin yataqlara investisiyalar etməsi onun artan nüfuzundan xəbər verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kann kinofestivalının qalibləri onlardır
08:20 25.05.2026
Mədəniyyət
Sarımsaq sevərlərə pis xəbər
07:51 25.05.2026
Maraqlı
Çia toxumunun faydaları
07:17 25.05.2026
Sağlamlıq
Apple 10 ildən sonra ilk dəfə telefon qiymətlərini qaldırır
06:44 25.05.2026
Texnologiya
ABŞ hərbi təyyarəsi Avropa üzərində qəza siqnalı verdi
06:06 25.05.2026
Dünya
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual