Azərbaycanla İran arasında mühüm müzakirə aparıldı
16:17 13.10.2025
Siyasət
352
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.
Sherg.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlər, xüsusilə də nəqliyyat-tranzit, energetika, gömrük və digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantılarının inkişafı layihəsi çərçivəsində Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil yolları körpüsünün və gömrük-sərhəd infrastrukturunun tikintisi üzrə işlərin yekunlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı gündəlikdə duran aktual məsələləri nəzərdən keçiriblər.
Qeyd olunub ki, Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8.3 % artıb və bunun da 10.4 %-i avtomobil, 2 %-i isə dəmiryolu daşımalarının payına düşür.
Dəhliz boyunca infrastrukturun genişləndirilməsi istiqamətində görülən işlərin uzlaşdırılmış şəkildə aparılmasının və yükdaşımaların həcminin davamlı artımının təmin edilməsinin mühüm önəm kəsb etdiyi bildirilib. Bu kontekstdə dəhlizin vacib komponenti olan Cənub Yük Terminalının tikintisi üzrə işlərin tamamlanmasının əhəmiyyəti vurğulanıb.
Həmçinin Astaraçay çayı üzərində inşa olunmuş avtomobil körpüsünün tam gücü ilə işə salınması üçün görüləcək zəruri tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Tərəflər eyni zamanda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya görüşünün üç ölkə arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmini qeyd ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya