Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
16:30 11.10.2024
Siyasət
402
Madrid şəhərində Azərbaycan və İspaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.
Bu barədə "Sherg.az"a Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, oktyabrın 11-də baş tutan iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya nümayəndə heyətinə isə xarici və qlobal işlər üzrə dövlət katibi Dieqo Belio Martinez rəhbərlik ediblər.
İclas zamanı Azərbaycan və İspaniya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Davamlı siyasi dialoqun əhəmiyyəti və bu xüsusda yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələrinin əhəmiyyəti də vurğulanaraq bu xüsusda qarşılıqlı səfərlərin, ikitərəfli və çoxtərəfli müstəvidə təmasların intensivləşdirilməsinin faydalı olacağı bildirilib.
İki ölkə arasında münasibətlərdə iqtisadi əməkdaşlığın, bu xüsusda qarşılıqlı ticarətin və ispan şirkətlərinin Azərbaycanda fəaliyyətinin əhəmiyyəti vurğulanıb. İqtisadi əlaqələrin inkişafı üçün ticarətin şaxələndirilməsi, investisiyaların təşviqi, alternativ enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq imkanlarından faydalanmağın məqsədəuyğunluğu qeyd olunub.
Humanitar sahədə əlaqələrin, o cümlədən təhsil, mədəniyyət sahələrində əməkdaşlığın, habelə turizm sektorunda mübadilələrin xalqlararası təmasların gücləndirilməsində faydalı olduğu qeyd edilib.
Məsləhətləşmələrdə beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsi də diqqət mərkəzində olub. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görülən işlərlə bağlı qarşı tərəfə məlumat verilib.
Görüşdə qarşı tərəfə postmünaqişə dövründə bölgədəki vəziyyət və davamlı sülhün bərqərar olunması istiqamətində Azərbaycanın atdığı addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.
Səfər zamanı F.Rzayev həmçinin İspaniyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də tədqiqatçılar və ekspertlərlə dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə